Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 197.046 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 197.046 məqalə mövcuddur.
![]() Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır. |
![]() Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar. Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu. |


- 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
- Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
- Hindistanda "Miçaunq" qasırğası nəticəsində ən azı 17 nəfər həlak olub.
- Filippinin Maravi şəhərindəki Mindanao Dövlət Universitetində törədilən partlayış nəticəsində 4 nəfər həlak olub.
- İndoneziyanın Sumatra adasında Marapi vulkanının püskürməsi (şəkildə) 23 nəfərin ölümünə səbəb olub.
- Azərbaycan Milli Məclisi keçmiş Ağdərə rayonunun bərpa edilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi.
- Hindistanın Uttarakhand bölgəsində yol tunelinin çökməsi nəticəsində dağıntı altında qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.



- Dominika 2016-cı ildən etibarən ölkə vətəndaşlığını 100 min ABŞ dolları müqabilində təklif edir. Belə ki, ölkəyə investisiya etməklə və ya dövlətə məxsus bank hesablarına sözügedən məbləği köçürməklə 6 ay müddətinə Dominikan pasportu almaq mümkündür.
- Dominika gerbi Birləşmiş Millətlər Təşkilatına üzvü olan ölkələr arasında gerbində qurbağa təsviri olan yeganə gerbdir.
- Dominika Şərqi Karib hövzəsinin ən böyük aborigen icmasına ev sahibliyi edir. Təxminən 3.000 Kariblilər hələ də ilkin xüsusiyyətlərini qorumaq şərti ilə Dominikada yaşayır.
- Adanın adlandırılması italyan səyyah Xristofor Kolumbunadanı kəşf etdiyi günün adı ilə əlaqəlidir. 1493-cü ilin 3 noyabr tarixində bölgəyə gerçəkləşdirdiyi ikinci səyahəti sırasında adanı kəşf edən səyyah həmin günün şərəfinə adanı (it. Domenica) - bazar günü adlandırmışdır.
- Karib dənizinin quldurları: Ölünün sandığı filmin əsas hissəsi Dominika ərazisində lentə alınmışdır.
- Ada ölkəsinin volkanik xüsusiyyətlərinə görə çimərlik sahilləri qara qumla əhatə olunub. Ən tanınmış qara qumlu çimərliklərdən Nömrə 1 çimərliyi , Mero çimərliyi və Rozo körfəzi çimərliklərini misal göstərmək olar.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi