Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Kellan Lats

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Kellan Lats
Kellan Lutz
Kellan Lats 2011-ci ildə GQ "İlin kişisi" mükafatının təqdimatında.
Kellan Lats 2011-ci ildə GQ "İlin kişisi" mükafatının təqdimatında.
Doğum adı Kellan Kristofer Lats
Doğum tarixi (38 yaş)
Doğum yeri Dikinson, Şimali Dakota, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti aktyor, model
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
  • Çepmen Universiteti[d]
Boyu 183 sm
Çəkisi 100 kq
IMDb ID1553725
www.kellanlutz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kellan Kristofer Lats (ing. Kellan Christopher Lutz) — ABŞ kino aktyoru. 2008-ci ildə "Alatoran" filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və ispan dilini öyrənmək üçün bir semestr dərs almışdı[1]. Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır. Ailəsi onun aktyor karyerası seçiminə qarşı idi; buna görə də məktəbi bitirdikdən sonra, o Kaliforniyaya köçərək, Orange County`s Chapman Universitetində kimya mühəndisliyi fakültəsinə daxil olur, lakin sonra o universiteti ataraq, öz həyatını aktyor karyerası ilə bağlamaq qərarını alır.[2]

Kellan hələ təhsil alarkən əlavə pul qazanmaq məqsədilə model olaraq çalışır. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır.[1]

2004-cü ildə o, Amerikanın model agentliyi olan Hollisterin kampaniyası çərçivəsində düzənlənən reklam kataloqlarına daxil edilir.[3] O həmçinin geyim brendi olan Levi's firmasının reklamlarında da çəkilmişdi.[3] Kellan fotoqraf Mikael Yanssonun iştirakı ilə 2010-cu ildə Interview magazine üçün xüsusi fotolayihədə iştirak etmişdi. Hazırda Kellan Ford Models şirkəti ilə müqavilə imzalayıb.[4]

Karyerası[redaktə | mənbəni redaktə et]

Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak etmişdi. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırmışdır.

Lats 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır.[5][6]. O həmçinin paralel olaraq The CW telekanalında yayımlanan 90210 teleserialında Corc Evans rolunu ifa edir.[7]. Lats onunla birlikdə Alatoran filmində baş rola çəkilmiş yaxın dostu Eşli Qrinlə yenidən bir araya gələrək, Döyüşçünün ürəyi filmində çəkilir.[8]. Bundan başqa Lats 2010-cu ilin aprel ayında çəkilmiş Qarağac küçəsində qarabasma filmində yuxusunda onu təqib edən adamı gördüyündən yata bilməyən və buna görə də rəfiqəsi Krisin gözü qabağında böğazını kəsərək özünəqəsd edən Din Rassel rolunu,[9], 2011-ci ildə çəkilmiş Ölümsüzlər filmində isə dəniz tanrısı Poseydonu oynamışdı.[10]. Kellan Konan filmində baş rol almağa əsas namizəd olsa da, sonda bu rol Ceyson Marmoaya qismət olmuşdu.[11]. Kellan Mikki Rurkla birgə rejissor Konnor Ellin tərəfindən 2013-cü ildə çəkilmiş Yava bürküsü filmində Ceyk Travers rolunu canlandırmışdı.[12].

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Filantropiya[redaktə | mənbəni redaktə et]

Lats heyvanları qoruyan PETA xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq edir. O, həmçinin, ulduzları heyvanları almağa deyil, küçədə qalan heyvanları qorumağa və evlərinə götürməyə çağırır.[13]. O həmçinin Nyu-Orleanın bərpasının, xüsusən də Sen Bernar layihəsinin həyata keçirilməsinin tərəfdarıdır.[14].

Lats ekzotik və yerli pişiklərin onixektomiya əməliyyatı (pişiklərin dırnaqlarını əməliyyat yolu ilə amputasiyası) haqqında Pəncə proekti adlı sənədli filmin çəkilişlərini təqdir etmişdi[15].

Əlaqələri[redaktə | mənbəni redaktə et]

Məlumdur ki, aktyor 2010-cu ilin noyabr ayından Anna Linn Makkord ilə görüşürdü. Məhz bu qız Alatoran filmində Rozali Heyl rolunu oynaya bilərdi. Hazırda Kellan və Anna ayrılıblar. 2011-ci ildən Kellanın rəqqasə və aktrisa Şarni Uinsonla münasibətdə olduğu məlumdur. Aktyor həmçinin Eşli Qrinlə dostluq edir.[16].

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Kellan və onun rəfiqəsi Şarni Uinson
Kellan Lats San Dieqoda, 2012 Comic-Con film festivalında.

Anketi[redaktə | mənbəni redaktə et]

  • Boyu: 185 sm[21]
  • Çəkisi: 79 kq
  • Beli: 32 x 34 in[21]
  • Ayaqqabı ölçüsü: 46[21]
  • Geyim ölçüsü: 38[21]
  • Saçlarının rəngi: Sarışın[21]
  • Gözlərinin rəngi: Mavi[21]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Digər[redaktə | mənbəni redaktə et]

Mükafat və nominasiyalar[redaktə | mənbəni redaktə et]

İl Mükafat Kateqoriya İş Nəticə
2010 Teen Choice Award Choice Movie: Scene Stealer Male[32] Alatoran: Yeni ay Qazandı
2011 Teen Choice Award Choice Movie: Male Scene Stealer[33] Alatoran: Tutulma Qazandı
2012 Teen Choice Award Choice Movie Scene Stealer: Male[34] Alatoran: Sübh. Hissə 1 Namizəd
2013 Teen Choice Award Choice Movie Scene Stealer[35] Alatoran: Sübh. Hissə 2 Qazandı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "1000 stars". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  2. Radish, Christina. "Kellan Lutz and His High Profile Projects". Media Blvd Magazine. August 8, 2008. May 2, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  3. 3,0 3,1  (ing.)"Advice From Abercrombie & Fitch Model Kellan Lutz". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  4. "Kellan Lutz". 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  5. Carroll, Larry. "Twilight Film's First Family Revealed: Peter Facinelli, Elizabeth Reaser Lead Cullen Clan". MTV. March 13, 2008. March 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  6. Carroll, Larry. "Twilight Actor Kellan Lutz Talks New Moon Casting Rumors". MTV. March 9, 2009. April 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  7. "90210 Adds Vixen, Lacrosse Jock". 2008-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  8. Carroll, Larry. "Twilight Siblings Ashley Greene And Kellan Lutz Reunite As Love Interests In Warrior". MTV. December 19, 2008. December 20, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  9. Vary, Adam. "'Twilight' star Kellan Lutz in final talks to join 'A Nightmare on Elm Street'". Entertainment Weekly. Time. April 23, 2009. September 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  10. Dave McNary. "Kellan Lutz is one of Relativity's 'Gods'". Variety. March 22, 2010. İstifadə tarixi: 30 noyabr 2013. (#apostrophe_markup)
  11. "New Moon Actor Kellan Lutz Confirms Conan Consideration". 2010-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  12. "As budding film location, RI eyes further tourism boon". 30 noyabr 2013. 2011-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.
  13. "Kellan Lutz". Peta Tv. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  14. "Kellan Lutz And The St. Bernard Project In New Orleans-Gossip Teen". Gossipteen.com. 2010-08-31. 2011-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  15. Singer, Lisa. "Twilight Star's Purr-fect New Cause For Cats". Global Animal. 10/01/2013. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  16. Elliot, Stuart. "Узнай Всё". КЕЛЛАН ЛАТС БИОГРАФИЯ. December 18, 2006. July 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  17. "X Mark Your Spot". March 26, 2010. February 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 26, 2013.
  18. Elliot, Stuart. "Woman of a Scent". The New York Times. December 18, 2006. March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2008.
  19. Carroll, Larry. "Twilight Tuesday: Kellan Lutz Talks "Hinder" Video, "Coolest Guy Ever" Emmett Cullen". MTV. November 4, 2008. December 20, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2008.
  20. 20,0 20,1 20,2 20,3 20,4 "Some Facts (Kellan Lutz)". March 26, 2010. April 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 27, 2013.
  21. 21,0 21,1 21,2 21,3 21,4 21,5 "Twifans" (ingilis). Twifans.com. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  22. Kit, Borys; Masters, Kim. "Kellan Lutz Nabs Title Role in 'Hercules 3D' (Exclusive)". The Hollywood Reporter. April 5, 2013. May 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  23. "Hilary Duff - With Love". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  24. "Hinder - Without You". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  25. "Tyler Shields 2008". 2020-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  26. "Kellan Lutz Commercial [With Love]". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  27. "DIET MOUNTAIN DEW Ferret". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  28. "Kellan Lutz en el comercial de ropa interior de Calvin Klein". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  29. "Abbot + Main Vídeo lanzamiento 2011". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  30. "Kellan Lutz en el comercial de Time Warner Cable inspirado en Crepúsculo". 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  31. "Abbot + Main otoño/invierno 2012". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-26.
  32. Stransky, Tanner. "2010 Teen Choice Awards winners announced". Entertainment Weekly. Time. August 9, 2010. May 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2013.
  33. "Winners of "Teen Choice 2011" Announced". Teen Choice Awards. October 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2013.
  34. Mandell, Zack. "2012 Teen Choice Awards: The Show & the Winners". Yahoo! Voices. July 23, 2012. July 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr, 2013.
  35. "Teen Choice Awards 2013: Second Wave Of Nominations Announced". The Huffington Post. July 1, 2013. July 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr, 2013.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]