Portal:Balet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
redaktə  

"Ballet comique de la reine"
“İstənilən hərəkət onda gözəldir ki, səmimi hislərlə və fikirlərlə ifadə olunmuş olsun” Aysedora Dunkan




Balet portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Qu gölü (rus. Лебединое озероLebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875-1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877–ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir.Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895–ci ildə Marius PetipaLev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.


redaktə  

Seçilən şəkil


Əşrəf Abbasovun "Qaraca qız" baletindən səhnə. Qaraca qız rolunda Leyla Vəkilova.


redaktə  

Bəstəkarlar

Pyotr İliç Çaykovski (rus. Пётр Ильич Чайкoвский, 7 may 1840-6 noyabr 1893) romantik dövr rus bəstəkarı. Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir. Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.


redaktə  

İfaçılar

Leyla Məhəd qızı Vəkilova — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycanın xalq artisti. SSRİ xalq artisti. Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.


redaktə  

Teatrlar

Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.


redaktə  

Təqvim

Mart


redaktə  

Musiqi


Romeo və Cülyetta


redaktə  

Bilirsinizmi

  • Balet XVI əsrdə İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb.
  • İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub
  • Türkmənistanda opera 2001 ci ildə Saparmurat Niyazov tərəfindən qadağan edilmişdir.


redaktə  

Kateqoriyalar


redaktə  

Xarici keçidlərdə baletlər


redaktə  

Əlaqəli portallar


redaktə  

Balet indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Balet Vikixəbərdə  Balet Vikisitatda  Balet Vikikitabda  Balet Vikimənbədə  Balet Vikilüğətdə  Balet Vikiversitetdə  Balet Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar