Vikipediya:Mövzulu ay/Nobel ayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Nobel ayı

Nobel ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Nobel mükafatı haqda məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.

İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Nobel ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada və təkmilləşdirə bilər və həmçinin həmin səhifədə olmayan, lakin Nobel mükafatı ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilliingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.

Məqsəd: Nobel ayı bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Nobel mükafatı ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi nəzərdə tutulmuşdur.

Müddət: 1-29 fevral 2016-cı il. (1 fevral 2016-cı il Bakı vaxtı ilə saat 00:01-də başlayır və 29 fevral 2016-cı il Bakı vaxtı ilə saat 23:59-da bitir.)

Qeyd: Bu layihə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.

Başlayarkən[mənbəni redaktə et]

  • İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
  • Layihə səhifənizdə hazırladığınız və təkmilləşdirdiyiniz səhifələri (məqalələr, şablon, kateqoriya, şəkil və s.) əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
  • Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.

Qiymətləndirmə[mənbəni redaktə et]

Qiymətləndirmə "Qiymətləndirmə Komissiyası"nın (QK) üzvləri tərəfindən aparılacaq. QK üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 10 gün ərzində yekunlaşdırmalıdır. Qeyd olunan müddətə qədər QK üzvləri tərəfindən yekunlaşdırma aparılmazsa, müddət daha 10 gün uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti bürokrat və ya idarəçilərdən birinə verilir. Əgər onlar da yekunlaşdırma aparmazsa, müddət daha 1 həftə uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti aktiv istifadəçilərə keçir.

Qeyd 1: QK üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər QK üzvləri tərəfindən təkrar aparıla bilər.
Qeyd 2: Qiymətləndirmə yalnız İştirakçıların öz layihə səhifələrində göstərdikləri töhfələrlə bağlı aparılır. İştirakçıların öz layihə səhifələrində göstərmədikləri töhfələr qiymətləndirilmir.

Qiymətləndirmə metodu[mənbəni redaktə et]

  • Xallar aşağıdakı kimi verilir. Əlavə olaraq, hər məqaləyə görə verilən xal məqalənin stilinə, yazı dilinə, dizaynına və s. elementlərinə görə jüri üzvlərinin peşəkar mülahizəsi əsasında, 5 xaladək artırıla və ya azaldıla bilər:
  1. Seçilmiş məqalə səviyyəsində məqalələr – 60 xal;
  2. Yaxşı məqalə səviyyəsində məqalələr – 40 xal;
  3. Seçilmiş siyahı səviyyəsində siyahılar – 30 xal;
  4. Yaxşı vikiləşdirilmiş geniş məqalələr – 30 xal;
  5. Yaxşı vikiləşdirilmiş orta ölçülü məqalələr – 20 xal;
  6. Yaxşı vikiləşdirilmiş kiçik ölçülü məqalələr – 15 xal;
  7. Qismən vikiləşdirilmiş məqalələr – 10 xal;
  8. Siyahı məqalələri – 10 xal;
  9. Şablonlara görə, həcmindən və QK üzvləri tərəfindən müəyyən edilən əhəmiyyətindən asılı olaraq – 1-10 xal;
  10. Layihə dövründə mövzu ilə bağlı "VikiAnbar"a yüklənən və silinmə ehtimalı olmayan hər şəklə görə - 2-4 xal;
  • Yuxarıda qeyd olunan tələblərə görə verilmiş yekun xaldan aşağıdakılardan biri və ikisi çıxıla bilər:
  1. Zəif vikiləşdirməyə görə - 2-5 xal;
  2. Ədəbi Azərbaycan dilində olmadığına görə - 2-5 xal.

Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar

Mükafatlandırma[mənbəni redaktə et]

  • 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
  • 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
  • 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:Mövzulu ay- Nobel bürüncü.png 240px]]


İştirakçılar[mənbəni redaktə et]

  1. --Serka@nl@nd 23:32, 31 yanvar 2016 (UTC)[cavabla]
  2. --Araz Yaquboglu (müzakirə) 06:07, 1 fevral 2016 (UTC)[cavabla]
  3. --Gulnar Rehimli (müzakirə) 07:54, 1 fevral 2016 (UTC)[cavabla]
  4. --Masalli qasimli (müzakirə) 12:28, 1 fevral 2016 (UTC)[cavabla]
  5. --Anar kerimxanov (müzakirə) 13:34, 1 fevral 2016 (UTC)[cavabla]
  6. --Wertuose (müzakirə) 13:37, 1 fevral 2016 (UTC)[cavabla]
  7. --RufatAb (müzakirə) 14:26, 1 fevral 2016 (UTC)[cavabla]
  8. --Nicat49 (müzakirə) 16:06, 1 fevral 2016 (UTC)[cavabla]
  9. --Aqil Daşdəmirli (müzakirə) 15:58, 2 fevral 2016 (UTC)[cavabla]
  10. --Emin ismarış 18:05, 2 fevral 2016 (UTC)[cavabla]
  11. --G.Babazade (müzakirə) 00:20, 14 fevral 2016 (UTC)[cavabla]
  12. --Tamrazli (müzakirə) 22:00, 19 fevral 2016 (UTC)[cavabla]
  13. --Zaur Turan (1994) (Müzakirə) 06:14, 21 fevral 2016 (UTC)[cavabla]
  14. --İlgarhajiyev (müzakirə) 08:27, 28 fevral 2016 (UTC)[cavabla]

2016-cı ilin fevral ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Nobel ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:

İştirakçı
sayı
Töhfəsini
təqdim
edənlər
Məqalə
sayı
Şablon
sayı
Kateqoriya
sayı
Şəkil
sayı

1-ci yer

2-ci yer

3-cü yer
4-cü yer
13 8 42 2 60 0 Nicat49 Anar kerimxanov Gulnar Rehimli RufatAb