Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 205.278 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Müqəddəs Pyotr bazilikasıRoma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
İsmayıl Şəms — ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, 21 Azər hərəkatının iştirakçısı. Onun təşəbbüsü ilə 1941-ci ildə Təbrizdə Azərbaycan Cəmiyyəti yaradılıb. Azərbaycan Milli Hökuməti dövründə Ali Məhkəmənin və müsadirə komissiyasının və Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı yaradılmış komissiyanın üzvü olub. Azərbaycan Milli Hökumətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetininMilli Məclisin rəsmi orqanı olan "Azad Millət" qəzetinin redaktoru olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra mühacirət edib. Bakıya gəldikdən sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin redaktoru, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasının müdiri olub.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli